“Neftçi”də yeni transfer
"Neftçi"nin yay transfer pəncərəsində heyətinə qatacağı futbolçulardan biri bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Monteneqro mətbuatı açıqlayıb.
Bu ölkənin millisinin formasını geyinən Edvin Kuts karyerasını "Neftçi"də davam etdirəcək. 30 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə olunub. Edvin son 5 ildə Kosovoda "Balkani" klubunun formasını geyinib.