“Neftçi” dünya ulduzunu transfer edir - FOTO
Premyer Liqa təmsilçisi "Neftçi" instaqram hesabında maraqlı paylaşım edib.
meqale.com xəbər verir ki, paylaşımda saat təsviri və "Gəlir" sözü yer alıb.
Saatın əqrəblərinin rəngi isə Kamerun bayrağının rəngləridir.
Bu isə onu göstərir ki, Bakı klubu uzun müddətdir danışıqlar apardığı Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb.
Əldə etdiyimiz məlumata görə, futbolçu bu gün Bakıya gələcək.
Böyük ehtimalla məşhur futbolçu ilə sabah müqavilə imzalanacaq.