"Neftçi" "Sabah"a qarşı - Yenilənir
Bu gün Misli Premyer Liqasında 3-cü turun daha bir oyunu keçiriləcək.
meqale.com xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edəcək.Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, bu tur keçirilməli olan "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" matçları təxirə salınıb. "Qarabağ"ın Çempionlar Liqasının, "Zirə" isə Konfrans Liqasının pley-offuna yüksəldiyindən bu kollektivlərin oyunu başqa vaxta keçirilib.
18 avqust (bazar)
20:30. "Neftçi" - "Sabah" Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev VAR: Əliyar Ağayev AVAR: İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu