"Neftçi" "Sabah"la heç-heçə etdi
Bu gün Misli Premyer Liqasında 19-cu tura start verilib.
meqale.com qol.az-a istinadən xəbər verir ki, bununla da çempionatda qış fasiləsi yekunlaşıb və 3-cü dövrə başlayıb. 2024-cü ilin ilk oyununda "Sabah" "Neftçi"ni qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb.
Bu heç-heçə sayəsində "Neftçi" (29 xal) "Zirə"ni (29 xal) geridə qoyaraq 2-ci pilləyə, "Sabah" isə (23 xal) "Turan Tovuz"u qabaqlayaraq (22 xal) 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, 19-cu turunun digər görüşləri 22-23 yanvar tarixlərində keçiriləcək.
21 yanvar (bazar)
16:00. "Sabah" - "Neftçi" - 0:0 "Bank Respublika Arena"
22 yanvar (bazar ertəsi)
15:00. "Səbail" - "Zirə" "ASCO Arena"
17:30. "Kəpəz" - "Turan Tovuz" Qəbələ şəhər stadionu
23 yanvar (çərşənbə axşamı)
16:30. "Qəbələ" - "Sumqayıt" Qəbələ şəhər stadionu
19:00. "Qarabağ" - "Araz-Naxçıvan" Tofiq Bəhramov adına Respublika Stadionu
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 13 qol Aleksandr Ramalinqom ("Səbail") - 7 qol Yassin Benzia ("Qarabağ") - 6 qol Hamidu Keyta ("Qarabağ") - 6 qol Leandro Andrade ("Qarabağ") - 6 qol Otto Con ("Turan Tovuz") - 6 qol