Nikolun görüşü: jurnalistli zaldan sürüyüb çıxardılar - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. 

Nikolun görüşü: jurnalistli zaldan sürüyüb çıxardılar - FOTO
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Azatutyun" yayıb. 

Bildirilir ki, Paşinyan Bağanis (Bağanıs Ayrım) kəndində yerli məktəbdə görüş keçirəcək. 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə heç kəsi buraxmır. Polislər binaya daxil olmağa nail olan erməni jurnalist Ani Gevorkyana qarşı güc tətbiq edərək onu məktəbdən çıxarıb. 

Paşinyanın Bağanisdən sonra Berkaber (ER) - Qızılhacılı (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR) və Kirants (ER) - Xeyrımlı (AR) kəndlərinə səfər edib-etməyəcəyi hələ məlum deyil.