Onun hakim fəaliyyətinə xitam verildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə xitam verilib.

Onun hakim fəaliyyətinə xitam verildi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə xitam verilib.

meqale.com xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurası qərar qəbul edib.

MHŞ Anar Sadıqovun hakimlik fəaliyyətinə öz ərizəsi əsasında xitam verib.

Qeyd edək ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırilmasi ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət edib. O, bunu hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi ilə əsaslandırıb.