“ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda "exit-poll" keçirəcək

İlk dəfədir ki, Qərbdən gələn təşkilat Qarabağda müşahidələr aparacaq.

“ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda
İlk dəfədir ki, Qərbdən gələn təşkilat Qarabağda müşahidələr aparacaq.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Vlada Qalan bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.

Vlada Qalan bildirib ki, "Oracle Advisory Group" təşkilatının 2024-cü ildə Azərbaycanda keçiriləcək seçkilər artıq səfərimizin 5-cisi olacaq.

"Yəni indiyədək biz burada 5 dəfə seçkiləri müşahidə etmişik. Bizim artıq Azərbaycanda 5 təcrübəli işçimiz var. Biz artıq 3 min seçici arasında sorğu aparmışıq.

Sorğunun 75,5 faizi böyük şəhərlər ərazisində keçirilib, 23,4 faizi isə kiçik şəhərlər və şəhər tipli qəsəbələr, 1,3 faizi isə kəndlərdən götürülüb. 49,3 faizi qadınlardan ibarət olub. 50,7 faizi isə kişilər olub. Bütün ölkədə, o cümlədən Qarabağda keçirilib. ", - deyə o əlavə edib.