Parisdə ukraynalı güləşçini də qarət ediblər

2024-cü il Olimpiadasından sonra karyerasının bitirən ukraynalı güləşçi Jan Belenyuk Parisdə keçirilən Oyunlar zamanı saatının oğurlandığını deyib.

Parisdə ukraynalı güləşçini də qarət ediblər
2024-cü il Olimpiadasından sonra karyerasının bitirən ukraynalı güləşçi Jan Belenyuk Parisdə keçirilən Oyunlar zamanı saatının oğurlandığını deyib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, idmançı 2016-cı ildə Rioda da belə halla üzləşdiyini bildirib.

"Olimpiadanın xoşagəlməz anlarından biri də saatımın oğurlanması oldu. Bəzi oğlanların pullarını və şəxsi əşyalarını oğurlayıblar. Çox güman ki, bunu Olimpiya kəndində təmizlikçilər edib. Uçuşa az qaldığı üçün hay-küy salmağa vaxt yox idi", - Belenyuk instaqramda yazıb.