Paşinyan bu gün Gürcüstana gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək. Həmçinin, Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyanın iclasının keçiriləcəyi bildirilir.