Paşinyan Ermənistan XİN-ə yeni baş katib təyin etdi
David Karapetyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş katibi təyin edilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, müvafiq qərar ölkənin baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.
Qərara əsasən, Karapetyan üçün 12 aylıq sınaq müddəti müəyyən olunub.
Qeyd edək ki, David Karapetyan bundan əvvəl Ermənistan XİN-in baş katibi səlahiyyətlərini icra edən şəxs olub.