Piyadanın ölümündə təqsirləndirilən xanım sürücüyə bəraət verildi

Məhkəmə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən xanım sürücüyə bəraət verdi 

Piyadanın ölümündə təqsirləndirilən xanım sürücüyə bəraət verildi
Məhkəmə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən xanım sürücüyə bəraət verdi 

meqale.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Pərixanım Nəsrəddinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, P. Nəsrəddinovanın əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. 

Məhkəmədə təqsirləndirilən şəxsin başqa hər hansı sübutla təkzib edilməyən ifadəsi və hadisənin videogörüntüləri əsasında məlum olub ki, yol-nəqliyyat hadisəsi zamanı sürücünün hadisənin qarşısını almağa texniki imkanının olmayıb. Eyni zamanda ərazidə hər hansı piyada zolağı da müəyyən edilməyib.