Prorektorun qətlində təqsirləndirilənlərə cəza istənildi
"Elm və Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
meqale.com APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən Müşfiq Atakişiyevin, Dəyanət Quliyevin və Samir Quliyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 6-da davam ediriləcək.