"Qarabağ"ın ulduzu üçün 4 milyon avro!
Yeni baş məşqçi təyinatı gerçəkləşdirən "Beşiktaş" ilk transferini "Qarabağ"dan edə bilər.
meqale.com Offsideplus.az-a istinadən bildirir ki, "qara-ağlar" Leandro Andrade üçün hərəkətə keçib. Klub portuqaliya əsilli yarımmüdafiəçinin meneceri ilə görüşlərdə irəliləyiş əldə edib, bundan əlavə Ağdam təmsilçisi ilə də danışıqlara başlayıb.
Bildirilir ki, Türkiyə klubu Andradenin 4 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.