“Qarabağ” üçün daha bir çempion

"Qarabağ"la birgə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha bir komanda bəlli olub.

“Qarabağ” üçün daha bir çempion
"Qarabağ"la birgə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha bir komanda bəlli olub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Borats" Bosniya və Herseqovinada çempion tituluna sahib çıxıb.

Banya-Luka təmsilçisi "İqman" üzərində 4:3 hesablı qələbə ilə qızıl medalları qazanıb. "Borats" Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanan 28-ci komandadır. Lakin onların hansı səbətdə yer alacağı hələ dəqiqləşməyib.

I təsnifat mərhələsi Səpələnmişlər "Ferensvaroş" (Macarıstan) "Qarabağ" (Azərbaycan) "Slovan" (Slovakiya) "Lüdoqorets" (Bolqarıstan) HİK (Finlandiya) "Flora" (Estoniya) "Styaua" (Rumıniya) "Klaksvik" (Farer adaları) "Şemrok Rovers" (İrlandiya) "Linkoln" (Cəbəllütariq) TNS (Uels) RFS (Latviya) "Petrokub" (Moldova)

Səpələnməmişlər "Dinamo" (Batumi, Gürcüstan) "Selye" (Sloveniya) "Hamrun" (Malta) "Larne" (Şimali İrlandiya) "Dinamo" (Minsk, Belarus) "Panevejis" (Litva) "Ordabası" (Qazaxıstan) "Vikinqur" (İslandiya) "Struqa" (Şimali Makedoniya) "Differdanj" (Lüksemburq) "Deçiç" (Monteneqro) "Santa Koloma" (Andorra) "Virtus" (San-Marino)

Qeyri-müəyyənlər "Balikani" (Kosovo) "Borats" (Bosniya və Herseqovina) Ermənistan çempionu Albaniya çempionu

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.