Qəzada ölən Vətən müharibəsi qazisi imiş - FOTO

Vətən müharibəsi qazisi Samir Rzayev yol qəzasında dünyasını dəyişib.

Qəzada ölən Vətən müharibəsi qazisi imiş - FOTO
Vətən müharibəsi qazisi Samir Rzayev yol qəzasında dünyasını dəyişib.

meqale.com-ın məlumatına görə, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki hərəkətdə olan "VAZ 21014 "markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.

Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi xəstəxanada davam etirilir.

Qazi doğulduğu Gəncə şəhərində son mənzilə yola salınıb.

Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.