Qubada ağır qəza - 1 nəfər ölüb, 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB - VİDEO
11:49
Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 14 nəfər (9-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
meqale.com xəbər verir ki, bu barədə APA-ya xəstəxanadan bildirilib.
Məlumata görə, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan 8 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.
Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
-------- 11:08
Qubada baş verən yol qəzaslnda xəsarət alanların sayı 12-yə çatıb.
Bu barədə meqale.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, yaralların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
"29.08.2024-cü il tarixində saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
----------- 10:24
Qubada baş verən yol qəzaslnda xəsarət alanların sayı 12-yə çatıb.
meqale.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
--------- 08:58 Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan meqale.com-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.