Qurbanov millidən buna görə qovulubmuş
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İctimai Televiziyada yayımlanan "Bol idman" verilişinin qonağı olub.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bir çox məsələlərdən danışan mütəxəssis Azərbaycan millisindən ayrılması haqda sualı da cavablandırıb:
"Getdiyim yerdən çox danışmaq istəmirəm. Mən niyə millidən ayrıldım? Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı. Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki, birdəfəlik bilinsin, millidən mən özüm getmədim. Sadəcə ilin sonunda İcraiyyə Komitəsində bu məsələ müzakirəyə çıxarıldı. Mənsiz müzakirə aparıldı. Komitənin qaydası belədir. Müzakirədən sonra bildirildi ki, biz səninlə yolları ayırırıq. Yəni millidən getməyim bu cür oldu".
Qurbanov hazırda milli komandaya baş məşqçi axtarışında olan AFFA-nın onunla əlaqə saxlamadığını da qeyd edib: