“Real”ın ÇL-i qazanması “Qarabağ”ın xeyrinə oldu

"Qarabağ" Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

“Real”ın ÇL-i qazanması “Qarabağ”ın xeyrinə oldu
"Qarabağ" Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, "Real"ın turnirin qalibi olmasından sonra dəqiqləşib.

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin qələbəsi "Qarabağ"la yanaşı "Ferentsvaroş"un da işinə yarayıb. Hər 2 komanda səpələnməmişlər arasında yer alacaq.

Bundan başqa, "Real"ın qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradır.