Riçard Almeyda “Qarabağ”la 250-yə çatıb
Riçard Almeyda "Qarabağ"ın forması ilə Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 35 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.
O, "Turan Tovuz"la ev görüşündə (0:1) meydana çıxıb. Riçard 250 matçda 51 qola imza atıb.
2012/13 mövsümündən fasilələrlə "Qarabağ"da çıxış edən Almeydanın debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O, "İnter"lə (indiki "Şamaxı") səfər matçında (1:1) şans qazanıb.