Rusiyada üç maşın toqquşaraq yanıb, 5 nəfər öldü

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində beş nəfər ölüb.

Rusiyada üç maşın toqquşaraq yanıb, 5 nəfər öldü
Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində beş nəfər ölüb.

meqale.com APA-ya istinadən bildirir ki,  Lyubinsk rayonunun Uvalo-Yadrino kəndi ərazisində baş verən qəzada ölənlərdən biri uşaqdır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, toqquşmadan sonra hər üç avtomobil yanıb.

Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.