Sabah Bakının iki rayonunda qaz olmayacaq
Sabah Bakının Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, "Ramana" ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə avqustun 28-də saat 15:55-dən etibarən qaz təchizatı dayandırılıb.