Sağlam qalmaq üçün hər gün yeməli olduğunuz 8 qida
Bədənin sağlamlığını qorumaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün ən vacib addımlardan biri sağlam qidalanmaqdır.
Elmi araşdırmalar göstərir ki, yanlış qidalanma vərdişləri bu gün sürətlə artan ürək-damar, diabet və xərçəng kimi xroniki xəstəliklərin əsas səbəblərindən biridir.
Ona görə də insanın sağlamlığını qorumaq üçün yeyib-içdiyinə diqqət etməsi çox vacibdir.
Dietoloqlar sağlamlığınız üçün hər gün istehlak etməli olduğunuz 8 qidanı açıqlayıblar. meqale.com medicina.az-a istinadən həmin qidaları təqdim edir: 1. Ürəyi qorumaq üçün gündə 1 ədəd alma. 2. Ürək və bağırsaq sağlamlığı üçün tam taxıllar (kinoa, bulqur, çovdar, yulaf, qarabaşaq və s.) 3. Sonsuzluğun qarşısını almaq və yorğunluqla mübarizə aparmaq üçün 1 stəkan süd. 4. Beynin yaşlanmasının qarşısını almaq üçün yaşıl yarpaqlı tərəvəzlər 5. Tənəffüs yolları xəstəliklərini və xərçəng riskini azaltmaq üçün 1 ovuc fındıq. 6. Uzun ömür üçün 1 çay qaşığı zeytun yağı. 7. Yaddaşı qüvvətləndirmək və ümumi sağlamlıq üçün multivitamin əlavəsi. 8. Qan təzyiqi və qan şəkərinə nəzarət üçün 1 stəkan qatıq.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun