Şahin Rzayev azadlığa buraxıldı
Ötən gün inzibati qaydada həbs edilən jurnalist Şahin Rzayev azadlığa buraxılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Məhkəmə Ş.Rzayevlə bağlı 15 sutka həbs qərarını ləğv edib. Jurnalist məhkəmə zalından azadlığa buraxılıb.