Sarayda bataqlıq ərazidə naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

20:05 Baş Prokurorluq Sarayda bataqlıq ərazidə tapılan naməlum kişi meyiti ilə bağlı məlumat yayıb.

Sarayda bataqlıq ərazidə naməlum kişi meyiti tapılıb - YENİLƏNİB
20:05 Baş Prokurorluq Sarayda bataqlıq ərazidə tapılan naməlum kişi meyiti ilə bağlı məlumat yayıb.

meqale.com-ın xəbərinə görə, məlumatda bildirilir ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

"Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda deyilir.

------

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Nazirlikdən Mİlli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

----------- 14:09 Abşeron rayonunda kişi meyiti tapılıb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov səhər saatlarında küçədə ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.