Saxlanılan qız görünüşü ilə diqqət çəkdi - FOTO
Avtomobili sürətlə idarə etdiyinə görə saxlanılan qızın fotosu müzakirələrə səbəb olub.
meqale.com xarici mətbuata istinadla bildirir ki, 100 km/saat sürət həddi müəyyən edilmiş yolda limiti aşaraq 160km/saat sürətlə hərəkət edən avtomobilin sürücüsü Veronica Koval ötən ilin may ayında bu səbəbdən saxlanılıb. Onun polis idarəsində çəkilən fotosu sosial şəbəkələrdə geniş müzakirə doğurub. Qızın görünüşü ilə bağlı xeyli şərhlər yazılıb.
1 gecəni nəzarət kamerasında keçirən qız 750 dollar cəriməsini ödədikdən sonra sərbəst buraxılıb. Lakin, ona 1 ay müddətinə avtomobil idarə etmək qadağan edilib.
Nyu-York post qızın görünüşünün müzakirəsini gündəm bilərək ondan açıqlama alıb. Veronika açıqlamasında bildirib ki, təbii gözəlliyi deyil, ildə iki dəfə üzünə estetik müdaxilələr etdirir.