Seçkilərə böyük ruh yüksəkliyi və fəxrlə gedəcəyik – İlk dəfə səs verəcək seçicilər
18 yaşı yeni tamam olmuş və seçkilərdə ilk dəfə iştirak edən seçicilər fevralın 7-də keçiriləcək Prezident seçkilərinə böyük həvəs və ruh yüksəkliyi ilə hazırlaşır.
meqale.com xəbər verir ki, Trend BİA-nın çəkiliş qrupu ölkənin müxtəlif ərazilərində yaşayan bir neçə gənc seçici ilə görüşüb, onların seçkilərə münasibətini öyrənib.
Gənclər bildiriblər ki, Azərbaycanın ərazi bütüvölüyü tam bərpa edildikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək seçkilərə fəxr və qürur hissi ilə qatılacaqlar.