Səhvən sirkə turşusu içən şəxs öldü
Şəkidə kişi sirkə turşusu içərək ölüb.
meqale.com APA-ya istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Füzuli Məhərrəmov yaşadığı mənzildə həyat yoldaşı tərəfindən ölü aşkarlanıb.
Bildirilib ki, Füzuli Məhərrəmov həmin gün sərxoş vəziyyətdə səhvən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun