Şəmkirdə inşaat materialları mağazası yandı: xəsarət alan var

Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.

Şəmkirdə inşaat materialları mağazası yandı: xəsarət alan var
Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.

meqale.com FHN-ə istinadən xəbər verir ki, bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub.