Şəmkirdə yanğın zamanı bir neçə mağaza və obyektə zərər dəyib - YENİLƏNİB

-------

Şəmkirdə yanğın zamanı bir neçə mağaza və obyektə zərər dəyib - YENİLƏNİB
-------

19:35

Şəmkirdə mağaza və obyektlərdə baş vermiş yanğının səbəbləri araşdırılır.

meqale.com report.az-a istinadən xəbər verir ki, Şəmkir şəhəri, 20 yanvar küçəsində baş vermiş yanğın nəticəsində, ümumilikdə 8 mağaza və obyektə zərər dəyib. Bunlardan ikisi bazar ərazisində, digər altısı isə bazara yaxın yerdə fəaliyyət göstərən mağaza və obyektlərdir.

Yanğın zamanı 130 kvadratmetr ərazi yanıb, mağaza və obyekt sahiblərinə zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

-------

18:41

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

-------

18:00

Şəmkir şəhəri, 20 Yanvar küçəsində bazar ərazisində yanğın baş verib.

meqale.com xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.