Sevgililər Günü üçün 150 min dollarlıq ən romantik hədiyyə - FOTOlar
Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyələrdən biri sosial şəbəkələrdə diqqət çəkib.
meqale.com oxuya istinadən bildirir ki, "Forbes"in məlumatına görə, 150 min dollarlıq mükəmməl yuxu, ən romantik hədiyyələr siyahısına daxil edilib.
ABŞ-nin Kaliforniya ştatının Beverli-Hills şəhərində yerləşən "The Peninsula" dəbdəbəli hoteli öz qonaqlarına Sevgililər Günü üçün mükəmməl gecə və yuxunu təcrübədən keçirməyi təklif edir. Qonaqlar hotelə gəldikdən sonra onlara dəbdəbəli iki mərtəbəli villada xidmət edəcək eşikağası təyin olunur.
Qonaqlar həmçinin keyfiyyətli yuxu ilə bağlı məsləhət almaq üçün "Rolls Royce" avtomobili ilə spa mərkəzinə aparılır və onlar üçün fərdi döşək seçilir. Qeyd edilib ki, qonaqlar daha sonra bu döşəyi evlərinə də apara bilərlər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun