ŞOK ƏMƏLİYYAT - Polis evin qarajında ​​nüvə raketi TAPDI

ABŞ-da polis şikayət əsasında bir evin qarajında ​​köhnə və paslanmış nüvə raketi tapıb.

ŞOK ƏMƏLİYYAT - Polis evin qarajında ​​nüvə raketi TAPDI
ABŞ-da polis şikayət əsasında bir evin qarajında ​​köhnə və paslanmış nüvə raketi tapıb.

meqale.com musavat.com-a istinadən bildirir ki, şikayət ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi tərəfindən edilib.

Belə ki, muzeydən qeyri-adi ianə təklifi barədə Bellevue şəhər polisinə məlumat verilib.

Raketi muzeyə bağışlamaq istəyən şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərən polis, qarajda boş vəziyyətdə olan nüvə raketi aşkarlayıb.

Məlumata görə, tapılan sursat əvvəllər "MB-1" kimi tanınan "Douglas AIR-2 Genie" tipli nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş raketdir.

Polis raketin heç bir döyüş başlığı olmadığı üçün təhlükə yaratmadığını bildirib.

Ev sahibi raketi mərhum qonşusundan aldığını deyib.