Stadionda faciə: məşqçi öldü, 2 nəfər yaralandı - FOTO
Fransada Qabriel-Peri stadionunda adı açıqlanmayan klubun məşqi zamanı faciə yaşanıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, ildırım vurması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
33 yaşlı məşqçi yerindəcə keçinib. Digər zərərçəkəndən birinin ayağı yanıb, daha birinin ürəyində problem yaranıb. Onların hər ikisi xəstəxanaya aparılıb.