Sükan arxasında sürücünün halı pisləşdi, avtomobil avtobusa çırpıldı - FOTO

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sükan arxasında sürücünün halı pisləşdi, avtomobil avtobusa çırpıldı - FOTO
Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Ford" markalı yük avtomobilinin sürücüsünün sükan arxasında halı pisləşib, idarəetməni itirib və maşın sərnişin avtobusu ilə toqquşub.