Tanınmış vəkilin oğlu qəzaya düşdü

Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

Tanınmış vəkilin oğlu qəzaya düşdü
Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

meqale.com Unikal-a istinadən xəbər verir ki, hadisə Samux küçəsində baş verib. "Mersedes" markalı minik maşını işıq dirəyinə çırpılması nəticəsində dirək və avtomobili yararsız hala düşüb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki nəfər 2000-ci il təvəllüdlü Samir Azər oğlu Tağızadə və 2002-ci il təvəllüdlü Elmir Fəzail oğlu Hacızadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.