Tanış olduğu qadınları soyan azərbaycanlı TUTULDU
Türkiyədə sosial şəbəkədə tanış olduğu qadınları qarət edən azərbaycanlı saxlanılıb.
meqale.com bildirir ki, hadisə İstanbul şəhərinin Bayrampaşa adlanan ərazisində baş verib. 27 yaşlı azərbaycanlı M.G. sosial şəbəkədən tanış olduğu qadının evinə gəlib. Evdə o, qadının telefonu və pul qabısını götürəndən sonra silahın qundağı ilə sifətinə xəsarət yetirərək qaçıb.
Qadının şikayətindən sonra həmin gənc saxlanılıb. Məhkəmənin qərarı ilə o, həbs edilib.