Telefondakı səsyazma proqramı illərin xəyanətini üzə çıxardı - Atasının kim olduğunu biləndə şok yaşadı
Taksidə baş verən cinayətin təfərrüatı məlum olub.
meqale.com haberler-ə istinadla bildirir ki, qəza görüntüsü yaradılmış cinayətin detalları şok effekti yaradıb.
Belə ki, taksidə öldürülən 61 yaşlı kişinin arvadının bacısı ilə gizli münasibəti üzə çıxıb. Hətta, qadının uşaqlarından biri də 61 yaşlı Şemsettin A.-dan imiş.
İllər əvvəl törətdiyi cinayətə görə saxlanılan Şemsettin A. həbsxanadan çıxdıqdan sonra qızının ona verdiyi telefondan istifadə edib. Həmin telefonda isə zəngləri qeydə alma funksiyası olduğundan qız atası ilə xalasının gizli münasibətini öyrənib.
Qızın xalası və atası əvvəlcə deyilənləri inkar etsələr də, səs yazısından sonra etiraf edərək üzr istəmək məcburiyyətində qalıblar. Nəticədə olay böyüyüb və qadının uşaqları kişi öldürmək qərarına gəliblər. Onlar kişini güllələdikdən sonra qəza görüntüsü yaradaraq cinayətdən yayınmağa çalışıblar.