Tərtərdə meşə zolağında yanğın oldu - VİDEO
Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verib.
meqale.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Qeyd olunub ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0,8 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun