“TikTok”da özünü bank işçisi kimi təqdim edib, insanların başına oyun açdı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan meqale.com-a verilən məlumata görə, həmin şəxs "TikTok" sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib.

Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönəldirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.