Tovuzda ağır yanıq xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib
Bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan Tovuz sakini müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
meqale.com report.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü A.Abbasova göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarətləri almışdı.
Faktla bağlı araşdırma aparılır.