Toylara gedən Xalq artistlərinin canlı ifası “sıfırdır” - VİDEO

Əməkdar artist Teymur Əmrah "Xalq artisti" fəxri adını daşıyan həmkarlarını tənqid edib.

Toylara gedən Xalq artistlərinin canlı ifası “sıfırdır” - VİDEO
Əməkdar artist Teymur Əmrah "Xalq artisti" fəxri adını daşıyan həmkarlarını tənqid edib.

meqale.com bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində deyib.

T.Əmrah yüksək qiymətə toya gedən Xalq artistlərini canlı oxuya bilməməkdə günahlandırıb: "Adlarını çəkməyəcəyəm. Bu gün onlar "Xalq artisti" fəxri adını daşıyırlar. Bu gün xalqın gözündə onları o qədər ucaldıblar, pik nöqtəyə qaldırıblar ki... Xalq üçün onlar pik nöqtədədirlər, amma mənim üçün studiyada pik nöqtədədirlər. Canlı ifada onlar "sıfırdılar". O pik nöqtəyə xalq qaldırdığı, bahalı qiymətə toylarına gətirtdiyi... İnanın ki, onlar öz balalarına görə deyil, o ada görə gətirdirlər".

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun