Trampın təklifinə Maskdan cavab: "Səbirsizliklə gözləyirəm"

Məşhur amerikalı sahibkar və milyarder İlon Mask Vaşinqtonun dövlət proqramlarının audit komissiyasının işində iştirak etməyə hazır olduğunu bildirib.

Trampın təklifinə Maskdan cavab:
Məşhur amerikalı sahibkar və milyarder İlon Mask Vaşinqtonun dövlət proqramlarının audit komissiyasının işində iştirak etməyə hazır olduğunu bildirib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Mask özünün "X" hesabında yazıb.

O bunu səbirsizliklə gözlədiyini vurğulayıb.

"Hökumətdə aradan qaldırılmalı olan çoxlu boş xərc və lazımsız tənzimləmə var", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ mətbuatının məlumatına görə, bu il noyabrda keçiriləcək prezident seçkisində qalib gələcəyi təqdirdə respublikaçı Donald Tramp Maskı sözügedən komissiyaya dəvət edə bilər.