Türk futbolçu İngiltərə Premyer Liqasında - RƏSMİ
"Xetafe"nin hücumçusu Enes Ünalın yeni klubu müəyyənləşib.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, İngiltərənin "Bornmut" klubu türk futbolçunu transfer etdiyini açıqlayıb.
"Albalılar" Ünalı satınalma öhdəliyi ilə cari mövsümün sonuna qədər icarəyə götürüb.
"Sky Sports"un məlumatına görə isə, 26 yaşlı forvardın alınması İngiltərə klubuna 16,5 milyon avroya başa gəlib.
Enes Ünal 2020-ci ildən "Xetafe"nin şərəfini qoruyur. Futbolçu İspaniya təmsilçisinin heyətində bütün turnirlərdə 109 matçda 36 qol vurub və 10 məhsuldar ötürmə edib. Hücumçu bu mövsüm La Liqada cəmi beş dəfə meydana çıxıb, iki məhsuldar ötürmə edib.
"Bornmut" Premyer Liqada 21 matçdan sonra 26 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun