Türk oyunçular “Golden Boy”da

Avropanın 21 yaşa qədər ən yaxşı futbolçularına verilən "Golden Boy" mükafat gecəsinin iyunda keçiriləcəyi açıqlanıb.

Türk oyunçular “Golden Boy”da
Avropanın 21 yaşa qədər ən yaxşı futbolçularına verilən "Golden Boy" mükafat gecəsinin iyunda keçiriləcəyi açıqlanıb.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, namizədlər siyahısında türkiyəli futbolçuların da adları qeyd olunub.

Belə ki, "Real Madrid"in formasını daşıyan Arda Gülər siyahıda 19-cu pillədə qərarlaşıb.

"Yuventus"dan Kənan Yıldız 32-ci, "Beşiktaş"dan Semih Kılıçsoy 59-cu, "Kasımpaşa"dan Yasin Özcan isə 67-ci pillədə yer alıb.

Qeyd edək ki, namizədlər siyahısında 100 futbolçunun adı qeyd olunub.