Türkiyədə ağır yol qəzası - xeyli yaralı var
Türkiyənin Kırşəhər şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 15 nəfərin yaralanması ilə nəticələnib.
meqale.com report-a istinadən xəbər verir ki, Ankaradan Kayseriyə hərəkət edən sərnişin avtobusunun şəhərin Mucur rayonu ərazisində xəndəyə aşıb.
Qəzada yaralanmış sürücü də daxil olmaqla 15 nəfər Mucur və Kırşehirdəki xəstəxanalara aparılıb.