Türkiyədə daha bir bina çökdü - 7 nəfər uçqunda qaldı - YENİLƏNİB - FOTO

Kocaelinin Gebze rayonunda çökmüş yeddimərtəbəli binanın dağıntıları altından iki nəfərin cəsədi çıxarılıb.

Türkiyədə daha bir bina çökdü - 7 nəfər uçqunda qaldı - YENİLƏNİB - FOTO
Kocaelinin Gebze rayonunda çökmüş yeddimərtəbəli binanın dağıntıları altından iki nəfərin cəsədi çıxarılıb.

Xilasedicilər 12 yaşlı Emir Bilirin və atası Levent Bilirin cəsədlərini tapıblar.

Dağıntılar altında qalan ana və iki qızının axtarışı davam edir.

09:52

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda bu səhər faciəvi hadisə baş verib.

meqale.com xəbər verir ki, Güzeller adlı məhəllədə yerləşən 6 mərtəbəli bina naməlum səbəbdən qəfil çöküb.

Hadisə yerinə AFAD, xilasetmə və yanğınsöndürmə qrupları cəlb olunub. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Gebze Bələdiyyə Başçısı Zinnur Büyükgöz hadisə ilə bağlı açıqlama verib:

"Dağıntıların altında yeddi nəfər var. Onların vəziyyəti barədə hələlik heç bir məlumatımız yoxdur," - deyə Büyükgöz bildirib.

Hazırda əraziyə təcili tibbi yardım briqadaları və polis əməkdaşları da yönləndirilib.