Türkiyəli məşhur rejissor vəfat etdi

Türkiyəli rejissor, ssenarist Şerif Gören dünyasını dəyişib.

Türkiyəli məşhur rejissor vəfat etdi
Türkiyəli rejissor, ssenarist Şerif Gören dünyasını dəyişib.

meqale.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, noyabrın 22-də evində pilləkənlərdən yıxılaraq başından zədə almışdı. Budan sonra xəstəxanaya yerləşdirilən 80 yaşlı rejissor vəfat edib.

Şerif Gören "Yılanların öcü", "Kır gönlünün zincirini", "Firar", "Kurbağalar", "Adem ile Havva" kimi filmlərin, "Ahh İstanbul", "Serseri aşıklar", "Kırık ayna" seriallarında rejissor kimi fəaliyyət göstərib.