Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov itkin düşdü
Türkiyədə azərbaycanlı gənc itkin düşüb.
meqale.com lente istinadən bildirir ki, bu barədə onun valideyni sosial şəbəkədə məlumat paylaşıb. Məlumata əsasən, 22 yaşlı Həmid Məhərrəmov 4 gün əvvəl işləmək üçün Türkiyəyə gedib. Bakı aeroportunda polis əməkdaşları gəncin yaxınlarına Həmidin İstanbul şəhərinə uçduğunu bildiriblər.
Bundan sonra 4 gündür ki, ailəsi ondan xəbər ala bilmir.
H. Məhərrəmovun atası Türkiyədə onu görən həmyerlilərimizdən məlumat vermələrini xahiş edir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun