UEFA Şahruddinin komandasını cəzalandırdı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Türkiyənin "Adana Dəmirspor" komandası UEFA tərəfindən cəzalanıb.

UEFA Şahruddinin komandasını cəzalandırdı
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Türkiyənin "Adana Dəmirspor" komandası UEFA tərəfindən cəzalanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, adanalılar 1 mövsümlük Avropa kuboklarında iştirak hüququndan məhrum ediliblər.

Buna səbəb klubun vaxtı keçmiş borclarıdır. Cəza qarşıdakı 3 ilə həvalə edilib. 2024/25, 2025/26 və ya 2026/27 mövsümlərinin hər hansı birində Super Liqa klubu Avropa Liqalarına vəsiqə qazanarsa, burada mübarizə apara bilməyəcək.

Qeyd edək ki, "Adana Dəmirspor" Türkiyə Super Liqasında 37 turdan sonra 44 xalla 11-cidir.