Uşaq evindən çıxaraq itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB
Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb.
meqale.com axar.az-a istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.
Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
--------
11:34
Bakıda 3 nəfər itkin düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü C.Ağayev dünən saat 15:30 radələrində Xətai rayonu Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.
Bundan başqa 1995-ci il təvəllüdlü Əzizxanım Ağasiyeva Əzizxanım qızı və onun 2017-ci il təvəllüdlü qızı yanvarın 13-ü saat 15 radələrində yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsindəki evdən çıxaraq geri qayıtmayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun