"Uşaqlara bunu etməyin, vicdanınız olsun" - FOTO
Xalq artisti Brilliant Dadaşova sosial media hesabında paylaşım edib.
meqale.com xəbər verir ki, sənətçi Qaraçuxurda pulsuz dönər paylanılmasını qınayıb. Belə ki, ifaçının yayımladığı görüntülərdə azyaşlı uşaqların çoxluq təşkil etməsi diqqət çəkib.
"Rayonlarda mal-qaranın ağzına yara düşüb. Uşaqlara bunu etməyin. Vicdanınız olsun" deyə, B.Dadaşova paylaşımında yazıb.